Azərbaycan neftinin qiyməti dəyişib


Digərləri 21 Avq 2019 23:59:00 224 0

Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 62,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.