Azərbaycan neftinin qiyməti cüzi dəyişib


Digərləri 21 Avq 2019 23:58:00 208 0

Azərbaycan neftinin qiyməti cüzi dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 62,62 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 62,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.