Bu aeroport kiçik plastik su butulkalarının satışına qadağa qoyub


Digərləri 21 Avq 2019 22:49:00 265 0

Bu aeroport kiçik plastik su butulkalarının satışına qadağa qoyub

Çərşənbə axşamı San-Fransisko beynəlxalq aeroportunda bir litrdən az həcmli plastik su butulkaların satışına qadağa qüvvəyə minib. Lakin səyahətçilərə böyük həcmdə plastik qablaşdırmada su almaq əvvəlki kimi təklif olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aeroportda yerləşən bütün restoranlar, pərakəndə satış mağazaları, ticarət avtomatları suyu alüminium, şüşə, təkrar emal oluna biləcək, yaxud Bioloji Parçalanan Ərzaqlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış butulkalarda satmalıdırlar.

Yeni qaydalar bir litrdən az həcmli bütün butulkalara aid edilir. Lakin qazlı içkilər, soyuq çay və meyvə şirəsi olan butulkalara qadağa qoyulmur.

Aeroportun direktoru İvar S.Satero bəyan edib ki, administrasiya bu addımı atmaqla şəhərin zibilxanalarına daxil olan tullantıları sıfır həddinə çatdırmaq məqsədinə yaxınlaşmağa cəhd edir.

(adsgarden = window.adsgarden || []).push({});