İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə


Digərləri 21 Avq 2019 21:59:00 217 0

İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə

Dünyanın ən vahiməli kilsələrindən biri də Santa Mariya della Konçesione adlanır. Kənardan digər kilsələr kimi standart memarlığa malik olan binanın içərisinə girəndə qorxudan titrəməmək mümkün deyil.

Sizcə, niyə?

Son.az xəbər verir ki, kilsənin divarları minlərlə insan skeleti ilə bəzədilib.

Romaya gələn turistlər, habelə şəhər əhalisi bu kilsəyə ayaq basmağa ehtiyat edirlər..

Kilsə 1626-cı ildə Roma papası VIII Urbanın tapşırığı ilə inşa edilib. Binanın bəzədilməsində Karavaco kimi dahi rəssamın da zəhməti var.

5 ildən sonra kilsə tam hazır olanda, kapusin monaxlarının qəbristanlığındakı skeletlər binaya gətirilir.

Xatırladaq ki, kapusinlərin inanclarna görə, skelet heç də vahimə obyekti syılmırdı. Əksinə, insanın ölümü daim xatırlaması üçün əla vasitə idi. Onlar tez-tez "Memento mori" ( Ölümü xatırla) deməyi sevirdilər.

(adsgarden = window.adsgarden || []).push({});