Dünyanı HEYRƏTƏ SALAN "körpə qarı"nın qazandığı pullar BAŞ GİCƏLLƏNDİRİR


Digərləri 21 Avq 2019 21:30:00 219 0

Dünyanı HEYRƏTƏ SALAN "körpə qarı"nın qazandığı pullar BAŞ GİCƏLLƏNDİRİR

Son illər dəb dünyasında müxtəlif trendlər yaranır. Bu maraqlı yeniliklərdən biri də yaşlı modellərdir. Mövzumuza misal olaraq İlon Maskın ən az özü qədər məşhur anası Mey Maskın adını çəkə bilərik.

Son.az xəbər verir ki, hazırda ən az Mask qədər məşhur olan yaşlı modellərdən biri də Valentina Yasendir.

63 yaşlı model adədən özünü "körpə qarı" adlandırır. Hələ bir neçə il öncə Valentina aptekdə satıcı işləyirdi. Günlərin bir günü oğlu anasının şəkilini çəkib sosial hesabında paylaşır. Valentinanın 3-cü baharı da bundan sonra başlayır. Model agentlikəri onu əməkdaşlığa çağırır, ən bahalı geyim brendləri simalarına çevrilməyi təklif edirdilər.

Valentina Yasen "Oldushka" agentliyinin ən parlaq ulduzlarındandır. Vaxtilə Sankt-Peterburq teatrlarının birində aktrisa kimi fəaliyyət göstərsə də, 1990-cı ildən sonra işdən çıxır. Hətta küçələrdə siqaret satmağa başlayır.

Sosial şəbəkədə paylaşılan cəmi bir şəkil Valentinanı dünyaya tanıdır. Ötən il isə "Glamour" jurnalı onu "İlin modeli" seçir.

Nənə adlandırmağa dilimiz dönməyən xanım Yasen deyir ki, təbiətdə var olan heç bir canlı digərinin yaşamaq şansını əlindən almamalıdır. Axı, həyat əbədi deyil.

"Təqaüdə çıxandan sonra işlərimi çatdırmırdım. Zaman mənə bəs etmirdi. İndi öz işimlə məşğul olandan sonra görürəm ki, uşaqlarım da, nəvələrim də mənim fədakarlığım olmadan keçinə bilirlər. Əvəzində isə ömrümün ən dəyərli günlərini zövq alaraq, sevimli işimlə məşğul olaraq keçirirəm.

(adsgarden = window.adsgarden || []).push({});