Qlyutensiz qidalanma nəyə səbəb olur? SELİAKİYA XƏSTƏLİYİ NƏDİR?


Digərləri 21 Avq 2019 21:35:00 41 0

Qlyutensiz qidalanma nəyə səbəb olur?  SELİAKİYA XƏSTƏLİYİ NƏDİR?

Son zamanlarda xüsusi diyetlərlə normal vəziyyətə gələn bu xəstəlik istiqamətində müsbət nəticələr əldə edilib. Son.az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir. 

Seliakiya - həzm sistemi ilə əlaqədar irsi xəstəlik. Vaxtında təyin olunmamış seliakiya uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi (çəkin və boyun normalara uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafının ləngiməsi və s.

Çox zaman bu xəstəliyin diaqnozu uşaq vaxtlarnda qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur və uşaq, daha sonra isə böyük uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz olaraq müalicə olunur (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur. Xəstəlik bir çox insanda  əlamət göstərmədıən gizli formada gedir və anidən biruzə verir.   Seliakiya zamanı insanın orqanizmində "qlyüten" zülalına qarşı dözümsüzlük yaranır. Qlyüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir. İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və insan orqanizmində bir çox vacib maddələrin  çatışmazlığı yaranır.   Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə, anemiya, diş və sümük problemləri, dəridə səpgilər və s. müşahidə olunur. Adətən seliakiyanın ilk simptomları körpənin qidalanmasına əlavə qidalar (sıyıqlar, suxari, çörək və s.) daxil olunmağa başladıqda üzə çıxır. Bu qidaların qəbulu uşaqda yuxarıda sadaladığımız simptomların (ishal, ürəkbulanması, qusma, köp) əmələ gəlməsinə səbəb olur. Bu qidalar qidalanmadan çıxardıqda simptomlar da müalicəsiz olaraq yox olur. Seliakiyaya şübhə yarandıqda xəstəyə əlavə müayinələr təyin olunur (xüsusi immunoloji qan analizi, genetik analiz və s.).   Seliakiya xəstəliyi tam müalicə olunmasa da, xəstə tərkibində qlyüten olan qidaları qəbul etmədikdə, xəstəliyin simptomları üzə çıxmır. Beləliklə, seliakiyanın müalicəsinin əsası müəyyən pəhrizdir. Belə pəhrizi xəstə ömrünün sonuna kimi saxlamalıdır.   Hansı qidalar seliakiya xəstəliyi zamanı əks-göstərişdir? •    Buğda unu, buğda nişastası, buğda sıyıqları, buğda çörəyi, kvas, araq (buğda əsasında hazırlanmış) və s. •    Çovdar çörəyi, çovdar yarması, sıyıqlar, kvas və s. •    Arpa yarması, arpa sıyığı, arpa nişastası, pivə və s. •    Yarımfabrikatlar, konservlər, kolbasa-sosis, hazır souslar, tərkibində aromatıaşdırıcı maddələr və rəngvericilər olan məhsullar.   Bu məhsulların tərkibində bir çox hallarda qlyüten olur. Bu səbəbdən belə məhsulları yalnız o halda qəbul etmək olar ki, etiketin üzərində qlyütenin olmaması haqqında qeyd olunsun. Körpələr üçün olan sıyıqlar, konservlər, şirələrin üzərində də belə qeyd ola bilər. Belə məhsullar məhz seliakiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub. Seliakiya xəstəliyi hər yaş qrupunda meydana gələn problemdir. Uşaqlara bu diaqnozu qoymaq asandır, nəinki yaşı böyük olan adamlar. Uşaqğınızda anidən ishal, qızdırma, qusma, bulantı və qızarıqlıağa xüsusi diqqət etmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib like
  • 21 Avq 21:25  
Digərləri Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 21-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50101776S d

arrow Ətraflı
Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub  FOTO like
  • 21 Avq 21:20  
Digərləri Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Komple

arrow Ətraflı
Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub  FOTO like
  • 21 Avq 21:20  
Digərləri Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Komple

arrow Ətraflı
Mingəçevirdə uşaq ölü doğulub like
  • 21 Avq 21:10  
Digərləri Mingəçevirdə uşaq ölü doğulub

Mingəçevirdə uşaq ölü doğulub.

arrow Ətraflı
Qubada dəhşət, babasıgilə qonaq gedən 10 yaşlı oğlan hamamda boğuldu like
  • 21 Avq 20:54  
Digərləri Qubada dəhşət, babasıgilə qonaq gedən 10 yaşlı oğlan hamamda boğuldu

Qubada 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Paytaxtda avtoxuliqan saxlanılıb like
  • 21 Avq 20:50  
Digərləri Paytaxtda avtoxuliqan saxlanılıb

Nəsimi rayonunda yol hərəkət iştirakçılarına təhlükə yaradan, yol hə

arrow Ətraflı
Mingəçevirdə uşaq ölü doğulub like
  • 21 Avq 20:41  
Digərləri Mingəçevirdə uşaq ölü doğulub

Mingəçevirdə uşaq ölü doğulub.

arrow Ətraflı
Əmrah boşanır like
  • 21 Avq 20:40  
Digərləri Əmrah boşanır

Son günlər məşhurların boşanma xəbərləri gündəmdən düşmür. Bu də

arrow Ətraflı