Qarın yağlarından məşqsiz xilas olmağın 5 yolu


Digərləri 21 Avq 2019 21:25:00 225 0

Qarın yağlarından məşqsiz xilas olmağın 5 yolu

Rusiyanın "MedikForum" saytı qarın yağlarının məşqə getmədən yandırmağın 5 üsulu haqda məqalə hazırlayıb.

Son.az medicina.az-a istinadən sözgedən yazıda bəhs edilən metodları təqdim edir:

1. Evdə təmizlik işləri görmək.

Alimlərin araşdırmaları göstərib ki, istənilən otaqda 2 saat əsaslı təmizlik işi görmək 600 kalori yandırır. Həqiqətən də, pəncərələri və ya vanna otağını yumaq bizdən müxtəlif bədən əzələlərimizin intensiv halda hərəkətə gətirməyimizi tələb edir.

2. Qorxu filmi izləmək.

Sən demə, artıq çəkidən divandan qalxmadan da azad olmaq olar. Vestminster Universitetinin araşdırmaçıları məlum edib ki, qorxu filmi izləyən insan intensiv şəkildə tərləyir və bu da artıq kalorilərin yanmasına səbəb olur. Keyfiyyətli qorxu filmi ortalama hesabla 184 kalorinin yanmasına gətirib çıxara bilər.

3. Sauna.

Təbii ki, sauna bir çoxlarında xoş hisslər yaradır, nəinki idman zalı. Yeri gəlmişkən, sauna proseduru 50-yə yaxın kalorinin yanmasına səbəb olur. Əlbəttə, insan tərlə daha çox çəki itirir, amma daha sonra su qəbul edir və, demək olar, hər şey öz yerinə qayıdır.

(adsgarden = window.adsgarden || []).push({});