Bu cihaz depressiyanı müalicə edir Dünyada ilk


Digərləri 21 Avq 2019 20:24:00 195 0

Bu cihaz depressiyanı müalicə edir  Dünyada ilk

"Flow" şirkəti depressiyanın ev şəraitində müalicə edən cihazın satışına başlayıb. Sözügedən cihaz beyin neyronlarını zəif elektrik boşalması ilə stimullaşdırır.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, depressiya diaqnozu qoyulmuş insanlarda adətən beynin sol alın hissəsində aşağı aktivlik müşahidə olunur.

Yeni cihaz neyronların aktivləşdirilməsi və aktivliyin bərpası üçün onlara zəif elektrik siqnalı verir. "Flow" adlı cihaz görünüşcə virtual reallıq şlemini xatırladır.

Şirkətin nümayəndələri bildiriblər ki, sözügedən cihazın satışına icazə almazdan öncə onu 500 pasiyent üzərində sınaqdan keçiriblər.

Prosedurlar təxminən 30 dəqiqə davam edir, həftədə həkim konsultasiyası olmadan 3-dək seans tövsiyə edilir. Cihaz "iOS" sistemli qurğulardan xüsusi proqram vasitəsilə idarə olunur.

(adsgarden = window.adsgarden || []).push({});