Yardımlıda 2 otaqlı ev yanıb


Digərləri 21 Avq 2019 19:59:00 219 0

Yardımlıda 2 otaqlı ev yanıb

Yardımlı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.