Ayı evə daxil oldu və soyuducudakı dondurmanı yedi


Dünya 21 Avq 2019 19:24:00 199 0

Ayı evə daxil oldu və soyuducudakı dondurmanı yedi

ABŞ-ın Kaliforniya ştatında ayı yaşayış evinə daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, mətbəxə daxil olan ayı soyuducunu açıb oradan bir neçə parça ət, dondurma və krekerlər götürüb.

Bu məhsullarla qonaq otağına keçən ayı bunları yeməyə başlayıb.

Həmin an otaqda olan iki yeniyetmə xilasetmə xidmətinə zəng edib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn xilasedicilər ayını yatızdıraraq oradan uzaqlaşdırıb.

(adsgarden = window.adsgarden || []).push({});