Gürcüstan prezidentinin xeyriyyə fonduna nə qədər pul toplanıb?


Dünya 21 Avq 2019 18:39:00 228 0

Gürcüstan prezidentinin xeyriyyə fonduna nə qədər pul toplanıb?

Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu ilin fevral ayında rəsmi qeydiyyatdan keçirdiyi xeyriyyə fonduna 35 min 880 lari (təqribən 12,2 min ABŞ dolları) vəsait toplanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan ictimai televiziyası prezident administrasiyasına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, fonda prezidentdən başqa heç kim - nə hüquqi və fiziki şəxslər, nə də beynəlxalq təşkilatlar pul köçürməyib.

Salome Zurabişvilinin yaratdığı xeyriyyə fondunun təqdimatı sentyabrın 17-də olacaq. Həmin gün fonda toplanmış vəsait Gürcüstan Uşaq Onkoloji Mərkəzinə təqdim ediləcək.

Bundan başqa, Gürcüstan prezidentinin təşəbbüsü və fondun dəstəyi ilə mayın 29-da "Anastasiya" adlı qadın sosial reabilitasiya mərkəzi açılıb. Mərkəz fiziki zorakılığa, təqiblərə məruz qalmış qadınların müdafiəsi, təhsil almaları və işlə təmin olunmalarına yardım məqsədilə yaradılıb.

Bundan əvvəl Gürcüstanda prezidentin ehtiyat fondu var idi. Fond xüsusi qabiliyyətli tələbələrə, insan hüquqlarının müdafiəsinə, demokratik təsisatların gücləndirilməsinə və bu qəbildən olan bəzi tədbirlərin maliyyələşdirilməsinə vəsait ayırırdı. Lakin 2018-ci ilin dekabrında S.Zurabişvilinin andiçmə mərasimindən sonra fond ləğv edilib. Bundan sonra prezident özü xeyriyyə fondu yaradıb.