“Attestatla bağlı polisə çağırılmışam”


Digərləri 21 Avq 2019 17:59:00 203 0

“Attestatla bağlı polisə çağırılmışam”

Ali məktəblərə qəbul olanların qeydiyyat prosesinin bitməyinə 6 gün qalıb. Tələbə olmaq xəbəri ilə gündəm yaradan Orxan Bağızadə isə attestatının özündə olmaması səbəbindən hələ də qeydiyyatdan keçə bilməyib. 

Son.az xəbər verir ki, Orxan qafqazinfo-ya müsahibəsində atasının onun oxuya bilməməsi üçün attestatını gizlətdiyini, buna səbəb kimi ailədaxili münaqişələrinin olduğunu bildirmişdi. Sözügedən müsahibədən sonra Orxanın atası Natiq Bağıyev "Qafqazinfo"ya oğlunun ona şər atdığını, attestatın atada olmadığını iddia edib:

"Mən fəhlə adamam və uşaqlarımı çətinliklə böyütmüşəm. Hərbi komissarlıqdan zəng edib, uşağı dəvət edəndə mən əsəbiləşib dedim ki, o hələ universitetə gedəcək. İstəməyən ata belə edər?

Mənim bu söhbətlərdən xəbərim olmayıb. Sadəcə attestatla bağlı polisə çağırılmışam, onda da demişəm məndə deyil. İşlədiyini deyir, yalandır. Bütün qonşular, iş yoldaşlarım şahiddir. Sadəcə uşaqların xalası, nənəsi qızışdırıb üstümüzə göndərir ki, yaşadığımız evi əlimizdən alsınlar. 

Mənim çörək ağacım olan alətlərimi, balaca bacısının telefonunu evdən aparıb satıb, borcları boynuna yığıb. Axırıncı gün evə içkili gələndə mən onu vurdum. 

Attestat verməyən ata, niyə tələsik şəxsiyyət vəsiqəsini alır ki, oğlu imtahana getsin?! İmkanı yoxdursa, əlində bahalı telefon, qulaqlıq, əynində təzə paltarlar hardandır? Bir aydır, işə düzəlib. Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm".

Orxanın təhsil aldığı 68 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Əmiraslanov sözügedən sayta açıqlamasında bildirib ki, o, məktəbdə tərbiyəli uşaq kimi tanınıb: