Bakıda azyaşlı uşağın ayaqlarını zəncirləyib, evdə tək qoydular


Digərləri 21 Avq 2019 16:44:00 239 0

Bakıda azyaşlı uşağın ayaqlarını zəncirləyib, evdə tək qoydular

Nəsimi rayonu Cavadxan küçəsi, bina 56-da azyaşlı uşağın ayaqları anası və xalası tərəfindən bir-birinə zəncirlənib.

Son.az anews.az-a istinadən məlumatına görə, yayılan videoda azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və iki gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-yə kimi işdə olurlar. 

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü videonu təqdim etmirik.