Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir (ÖZƏL)


Digərləri 21 Avq 2019 16:39:42 49 0

Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir (ÖZƏL)

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı kədərləndirir.

Bakı. Elçin Mehdiyev – Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı kədərləndirir. Ordumuz üçün gərəkli olan bir hərbçinin həlak olması faciədir. Ancaq müxalifətin bundan hansısa siyasi məqsədlər üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir. Bunu Trend-ə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, bu, hər şeydən əvvəl bir ailənin faciəsidir: “Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm. Digər tərəfdən isə bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz. Mərhumun ailəsi bu faciədən siyasi məqsədlə istifadə edilməsini aydın şəkildə dərk edir. Hətta məcbur qalaraq müraciət yayıb ki, siyasi dividend məqsədilə buraya heç kim gəlməsin. Bu bəyanatın özü də ailə üçün çox ağırdır. Təsəvvür edin ki, ailə hansı vəziyyətdə belə bir bəyanatı səsləndirməyə məcbur olub”. Baş nazirin müavini vurğulayıb ki, radikal müxalifət insanların qəlbində nifrət hissi yaradan davranışlara yol verir və bununla özlərinə hörmət qazanmaq istəyir: “Siyasətçi hörməti bu yolla qazanmaz. Siyasətlə məşğul olan insan, hər şeydən əvvəl elə olmalıdır ki, xalq ona inanmış olsun. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu, tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividendlər əldə etmək mümkün deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Bu, birinci hal deyil ki, müxalifət ucuz vasitələrlə özünə hörmət qazanmağa çalışır. Ancaq məsələ o həddə çatıb ki, bir ailə müraciət edir: “mənim yasımı, kədərimi siyasiləşdirməyin”. Qeyd edək ki, həlak olan pilot Rəşad Atakişiyevin yaxını Qabil Hüseynli vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb: "Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, vida mərasiminə qatılmasınlar, bu ağır günümüzdə bizi başa düşsünlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir like
  • 21 Avq 16:31  
Digərləri “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir

Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böy

arrow Ətraflı
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb like
  • 21 Avq 16:29  
Digərləri Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətən

arrow Ətraflı
Hacıqabulda 3 otaqlı ev yanıb like
  • 21 Avq 16:22  
Digərləri Hacıqabulda 3 otaqlı ev yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

arrow Ətraflı
Beşiktaş futbolçusunu Fransaya göndərdi like
  • 21 Avq 16:20  
İdman Beşiktaş futbolçusunu Fransaya göndərdi

Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransanını Toulous

arrow Ətraflı
Ofelya Zeynalova vəfat etdi like
  • 21 Avq 16:19  
Digərləri Ofelya Zeynalova vəfat etdi

Tanınmış azərbaycanlı alim vəfat edib.

arrow Ətraflı
Ofelya Zeynalova vəfat etdi like
  • 21 Avq 16:19  
Digərləri Ofelya Zeynalova vəfat etdi

Tanınmış azərbaycanlı alim vəfat edib.

arrow Ətraflı
Ofelya Zeynalova vəfat etdi like
  • 21 Avq 16:19  
Digərləri Ofelya Zeynalova vəfat etdi

Tanınmış azərbaycanlı alim vəfat edib.

arrow Ətraflı
AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib like
  • 21 Avq 16:13  
Digərləri AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib

Bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən 14-17 yaşlı ye

arrow Ətraflı
Unibank təhsil işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir like
  • 21 Avq 16:04  
Digərləri Unibank təhsil işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank bütün təhsil işçiləri üçün nağd kreditləri 0% komissiyalı et

arrow Ətraflı
Unibank təhsil işçiləri üçün KOMİSSİYASIZ kredit kampaniyası keçirir like
  • 21 Avq 15:57  
Digərləri Unibank təhsil işçiləri üçün KOMİSSİYASIZ kredit kampaniyası keçirir

Unibank bütün təhsil işçiləri üçün nağd kreditləri 0%  komissiyalı

arrow Ətraflı