Gürcüstanda işsizlik halları artıb


Dünya 21 Avq 2019 16:24:00 240 0

Gürcüstanda işsizlik halları artıb

Gürcüstanda işsizlik halları artıb. Hazırda ölkənin əmək qabiliyyətli əhalisinin 11,4 faizi işsizdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, işsizlərin böyük əksəriyyəti şəhərlərdədir. Hazırda şəhər yerlərində işsizlik 17,5 faiz, kənd yerlərində isə 5,1 faizdir.

Hesabat dövründə qonşu ölkədə qadınlar arasında işsizlik səviyyəsi 10 faiz, kişilər arasında isə 12 faiz olub.