Azərbaycan nömrəli maşın Türkiyədə qəzaya düşdü


Digərləri 21 Avq 2019 16:09:00 200 0

Azərbaycan nömrəli maşın Türkiyədə qəzaya düşdü

Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda "Kia" markalı minik avtomobili yolda təmir işləri aparan yük maşınına çırpılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Minik avtomobilinin üzərində Azərbaycan nömrəsi olub. 90-KF-424 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kimliyi barədə məlumat yoxdur.

Yaralılar Bismil xəstəxanasına yerləşdirilib.