Hazard qarşıdakı 2 oyunu buraxacaq


İdman 21 Avq 2019 15:36:00 310 0

Hazard qarşıdakı 2 oyunu buraxacaq

Real Madrid-in futbolçusu Eden Hazard La Liqanın növbəti 2 turunu da buraxacaq.

Goal.az AS-a istinadən xəbər verir ki, məşqdə budu zədələndiyi üçün Celta ilə I turun görüşündə meydana çıxa bilməyən 28 yaşlı hücumçunun bərpası zaman alacaq.

O, avqustun 24-də Valladolid, sentybarın 1-də isə Villarreal-a qarşı matçlarda iştirak etməyəcək.

Qeyd edək ki, Real Madrid ilk turda Celta-nı səfərdə 3:1 hesabı ilə məğlub edib.