Bakıda 15 yaşlı qızdan inanılmaz hərəkət


Digərləri 21 Avq 2019 15:21:00 195 0

Bakıda 15 yaşlı qızdan inanılmaz hərəkət

Bakıda 15 yaşlı qız itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

İtkin düşən qızın atası Trend-ə açıqlamasında bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb:

"Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib".

V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb.