"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı


Digərləri 21 Avq 2019 15:19:00 176 0

"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı

2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir

Bakı. Ləman Zeynalova - 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir. Bunu Trend-ə İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər. Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur. Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi.