“Azərtütün ASK” tərəfindən tədarük edilən yaşıl tütünün alış qiyməti artırılıb


Digərləri 21 Avq 2019 15:10:00 242 0

“Azərtütün ASK” tərəfindən tədarük edilən yaşıl tütünün alış qiyməti artırılıb

“Azərtütün ASK” MMC tərəfindən tədarük edilən yaşıl tütünün alış qiymətinin artırılması haqqında məlumat yayıb.

Bakı. “Azərtütün ASK” MMC tərəfindən tədarük edilən yaşıl tütünün alış qiymətinin artırılması haqqında məlumat yayıb. MMC-dən Trend-ə bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisə olan “Azərtütün ASK” MMC tərəfindən 2019-cu ilin mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 ha sahədə “virciniya botaniki” növündən olan yaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) ilə müqavilələr bağlanıb. Müqavilə şərlətinə görə, tədarük edilən 1 kq yaşıl tütün məhsulu üzrə 1-ci sort tütün - 0.25 AZN/kg, 2-ci sort – 0.17 AZN və 3-cü sort – 0.10 AZN nəzərdə tutulub. Bununla yanaşı, fermerlərin dəstəklənməsi üçün “Azərtütün ASK” MMC tütün istehsalçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bütün istiqamətlər üzrə mümkün olan dəstək tədbirləri təmin edilir. Belə ki, fermerlərin toxum və gübrə tələbatı təmin edilib, “ASK” ASC-nin zəmanəti ilə hər hektar üçün 1700 AZN olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, mütəxəssislər tərəfindən tütünün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə təlimlər keçirilib, yerindəcə lazımi metodiki məsləhətlər verilib, həmçinin tütünün müasir tələblərə uyğun becərilməsinə dair təlimatlar hazırlanaraq onlara təqdim edilib. Keçirilən görüşlər zamanı məhsul istehsalı ilə əlaqədar fermerlərə verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılması, xüsusi ilə də yaşıl tütünün alış qiymətinin artırılması xahiş olunub.