Gürcüstanda cinayətkarlıq halları artıb


Dünya 21 Avq 2019 14:44:00 218 0

Gürcüstanda cinayətkarlıq halları artıb

Gürcüstanda cinayətkarlıq halları artıb. Bu ilin birinci yarısında ölkədə 33399 cinayət halı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında məlumat verilir.

Məlumatda deyilir ki, bu il qeydə alınan cinayətlərin sayı 2018-ci illə müqayisədə 5160 fakt və ya 18,27 faiz çoxdur.

Hesabat dövründə qeydə alınan cinayətlərin yalnız 10375-nin və ya 31 faizinin üstü açılıb.

Məlumatda bildirilir ki, hesabat dövründə qeydə alınan cinayətlərin 13682-si əmlaka, 6116-sı sağlamlığa zərər vurma, 2738-i isə narkotiklərlə bağlı olub.