Şəmkirdə 1 ha sahədə çətənə kolları aşkarlanıb


Digərləri 21 Avq 2019 14:40:00 208 0

Şəmkirdə 1 ha sahədə çətənə kolları aşkarlanıb

Şəmkir rayonu ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

Bakı. Şəmkir rayonu ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 1830 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.