KOBİAnın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb FOTO


Digərləri 21 Avq 2019 14:36:00 46 0

KOBİAnın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb  FOTO

Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.

Bu xəbəri də oxu: Toppuş modelin yeni FOTOları

Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, "Elektrogas" MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcəkdir.

Zavodun məhsulları daxili təlabın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə ixrac ediləcəkdir.

Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə "Elektrogas" MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Tədbirdə çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar barədə məlumat verib, zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA tərəfindən "Elektrogas" MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaqdır.

"Elektrogas" MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

"PAŞA Sığorta" "Zərif Əllərin Gücü" sosial layihəsini uğurla reallaşdırıb like
  • 21 Avq 14:32  
Digərləri "PAŞA Sığorta" "Zərif Əllərin Gücü" sosial layihəsini uğurla reallaşdırıb

"PAŞA Sığorta"nın təşəbbüsü, "PAŞA Holdinq"in dəstəyi və WoWoman Az

arrow Ətraflı
Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb like
  • 21 Avq 14:29  
Siyasət Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var like
  • 21 Avq 14:26  
Digərləri Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var

İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolun

arrow Ətraflı
Tramp maraqlı fotokollaj paylaşıb like
  • 21 Avq 14:24  
Digərləri Tramp maraqlı fotokollaj paylaşıb

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada "Trump Tower" göydələni

arrow Ətraflı
Qəbələ, Sumqayıt və Sabah klubları cərimələndi like
  • 21 Avq 14:21  
İdman Qəbələ, Sumqayıt və Sabah klubları cərimələndi

AFFA İntizam Komitəsi “Qəbələ”, “Sumqayıt”

arrow Ətraflı
Aygün konsertə bu geyimdə gəldi  Yaşına meydan oxuyan müğənni like
  • 21 Avq 14:19  
Şou-biznes Aygün konsertə bu geyimdə gəldi Yaşına meydan oxuyan müğənni

Xalq artisti Aygün Kazımova yenə kamera önünə cəsarətli geyimdə çıxı

arrow Ətraflı
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb (FOTO) like
  • 21 Avq 14:15  
Digərləri KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb (FOTO)

Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin

arrow Ətraflı
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb like
  • 21 Avq 14:09  
Digərləri Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonla

arrow Ətraflı
Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı like
  • 21 Avq 14:04  
Digərləri Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı

Bakı şəhəri, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb like
  • 21 Avq 13:55  
Digərləri Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insiden

arrow Ətraflı