Tramp maraqlı fotokollaj paylaşıb


Digərləri 21 Avq 2019 14:24:00 191 0

Tramp maraqlı fotokollaj paylaşıb

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada "Trump Tower" göydələni tikməyəcəyinə söz verib və şəklin altından fotokollaj paylaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti özünün "Twitter" səhifəsində yazıb. Donald Tramp "Trump Tower" sözü yazılmış fotoşəklin altından zarafatla bu sözləri paylaşıb: "Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm".

Daha əvvəl Tramp strateji baxımdan Qrenlandiyanın satın alınmasının mümkünlüyü barədə açıqlama vermişdi. Danimarkanın Baş Naziri Mette Frederiksen isə öz növbəsində bu fikrini cəfəngiyyat adlandırıb.

(adsgarden = window.adsgarden || []).push({});