Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var


Digərləri 21 Avq 2019 14:26:04 196 0

Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var

İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub.

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub. Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib. Ə.Dehqaninin sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də yaralanıb. Dehqani əlavə edib ki, qəzaya səbəb yük maşınlardan birinin sürücüsünün yorğunluu olub.