Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır


Dünya 21 Avq 2019 14:09:00 229 0

Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır

Avqustun 21-də BMT-nin Terrorizm Qurbanlarının Xatirəsini Anma Günüdür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda bir çox ölkələr terror aktlarına məruz qalır, lakin qurbanların sayı əsasən bir neçə ölkədə cəmləşib. İnkişaf etmiş dövlətlər də bu qlobal bəla ilə mübarizə üçün yetərincə səy göstərmirlər. Terror qurbanlarına maddi, mənəvi və psixoloji yardım göstərilməsi də arzuolunan səviyyədə deyil.

BMT-nin bəyanatında qeyd olunur ki, terror qurbanlarının dəstəklənməsi və onların hüquqlarının müdafiəsi hər bir dövlətin vəzifəsidir. Təşkilatın Baş Assambleyası iki ildə bir dəfə Qlobal Antiterror Strategiyasının icmalını təqdim edir və XXI əsrdə bəşəriyyətin ən ağrılı problemi olan terrorizmə qarşı mübarizə istiqamətlərini müəyyən edir.

BMT-nin bu məsələyə dair A/RES/72/284 qətnaməsində də vurğulanır ki, təşkilata üzv dövlətlər terrorizmə qarşı mübarizəni öz milli strategiyalarına daxil etməli, qurbanlara hər cür yardım göstərməlidirlər. Bundan başqa, Baş Assambleya bu problemlə bağlı daha üç qətnamə qəbul edib.