Yəhudi mühəndis İsa peyğəmbərin qardaşının qalıqlarını tapdı


Digərləri 21 Avq 2019 13:39:00 248 0

Yəhudi mühəndis İsa peyğəmbərin qardaşının qalıqlarını tapdı

Bəzən arxeoloji qazıntılar əsrlər boyu doğru bilinən tarixi faktların yanlış olduğunu üzə çıxarır.

Məsələn son illərin ən qalmaqallı qazıntılarından sonra İsa peyğmbərin qardaşı Ossuari Yakov haqda bəzi məlumatlar yayılıb. Lakin alimlər hələ də qutudakı sümük tapıntılarının İsanın qardaşına aid olub-olmadığını dəqiq deyə bilmirlər.

Son.az xəbər verir ki, qutu uzun müddət yəhudi mühəndis Oded Holanda olub. Üzərində isə qədim aramey dilində yazı var. "Discovery" kanalı və dini arxeoloji qrupun birgə apardığı uzun araşdrmadan sonra məlum olub ki, bu yazı " Yakov, Yusifin oğlu, İsanın qardaşı" kimi tərcümə olunur.

Tarixçılər, din və elm xadimləri arasında çaxnaşma yaradan bu açıqlamadan sonra İsrailin bir çox dini qurumu mühəndis Holanı məhkəməyə verib. Onlar mühəndisi yalan faktlarla cəmiyyəti yolundan azdırmaqda suçlayıblar.

Onlar hesab edirlər ki, qutunun üzərindəki "İsanın qardaşı" yazısı sonradan əlavə olunub. O, bu yolla Məryəmin başqa övladlarının da varlığını üzə çıxarmaq, hətta İsanı tarixi şəxsiyyət kimi ifşa etmək istəyib.

7 il davam edən məhkəmədən sonra mühəndis Holan təqsirsiz bilinərək haqqında gəzən mənfi rəylərə son qoya bilib. Lakin məhkəmə onu qeyri-qanuni tarixi əşyaların ticarətində günahlandaraq cərimələyib.

(adsgarden = window.adsgarden || []).push({});