Vicdan əzabı çəkən Nigar Camal: "15 il əvvəl qarınlı kişilər..."


Şou-biznes 21 Avq 2019 13:29:00 406 0

Vicdan əzabı çəkən Nigar Camal: "15 il əvvəl qarınlı kişilər..."

Fədakar qadın olmadığını deyən müğənni Nigar Camal estetik bədən əməliyyatı etdirməsi haqqında gəzən xəbərləri təkzib edib.

Son.az xəbər verir ki, 38 yaşlı müğənninin sözlərinə görə, bədəninin hələ ki heç bir estetik əməliyyata ehtiyacı yoxdur və özünü olduğu kimi sevir:

"Bu sözləri Röya mənlə dalaşanda və küsəndə demişdi. Hələ ki, əməliyyata ehtiyacım olduğunu düşünmürəm".

Baxımlı qadının hər zaman diqqət mərkəzində olduğunu düşünən müğənni əvvəlki illərlə müqayisədə indi qadınların öz gözəlliyinin qeydinə daha çox qaldığını deyir: "Bu məsələyə daha intellektual yanaşmağa başlayıblar. 15 il əvvəl qarınlı kişilər çox idi, indi onlar da özünə baxır və idmanla məşğul olur".