Ronaldo karyerasını bitirəcəyi tarix barədə danışdı


İdman 21 Avq 2019 12:49:00 262 0

Ronaldo karyerasını bitirəcəyi tarix barədə danışdı

Juventus-un hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşacağının mümkün olduğunu deyib:

"Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Bununla yanaşı, 40-41 yaşıma qədər oynamağım da mümkündür. Bilmirəm... Həmişə deyirlər ki, anlardan həzz almaq lazımdır. Mən də bunu davam etdirirəm".

Xatırladaq ki, Portuqaliya millisinin kapitanı klub səviyyəsində Sporting, Manchester UnitedReal-da da çıxış edib.