Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq


Digərləri 21 Avq 2019 12:57:00 184 0

Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq

9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Bakı. Elçin Mehdiyev – 9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.