Riberinin yeni klubu müəyyənləşdi


İdman 21 Avq 2019 12:23:00 216 0

Riberinin yeni klubu müəyyənləşdi

Fransa millisinin sabiq futbolçusu Frank Riberinin yeni klubu müəyyənləşib.

Goal.az-ın məlumatına görə, veteran oyunçu Fiorentina ilə anlaşıb. Bayern Munich-dən ayrıldıqdan sonra azad agent statusu daşıyan yarımmüdafiəçi artıq bu gün Florensiyaya yollanacaq və yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. 36 yaşlı futbolçunun A seriyası klubunda illik məvacibi 4 milyon avro olacaq.

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən bəri Bayern Munich-də çıxış edib.