Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq


Digərləri 21 Avq 2019 12:22:00 159 0

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.

Bakı. 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulunun nəticələri bu gün elan olunacaq. Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.