İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...


Digərləri 21 Avq 2019 12:06:27 209 0

İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

İspaniyanın “Iberia” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb

Bakı. İspaniyanın “Iberia” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb. Trend-in məlumatına görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb. Qeyd olunur ki, təyyarə Mavrikidən Madridə hərəkət edirmiş. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Təyyarə hava boşluğuna düşdükdən sonra qəfil yüksəklik itirib. Pilotlar təyyarəni Madrid hava limanında uğurla endirə bilib.