Rəşad Atakişiyevlə vida… YENİLƏNİB


Digərləri 21 Avq 2019 11:20:00 242 0

Rəşad Atakişiyevlə vida…  YENİLƏNİB

11:20

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

---------

11:13

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.

Mərasimdən sonra pilot II Fəxri Xiyabanda dəfn olunacaq.

--------

10:20

Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.