Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanacaq (FOTO)


Digərləri 21 Avq 2019 11:10:00 169 0

Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində 
elektron məlumat mübadiləsinə başlanacaq (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş olub. Görüşdə məqsəd nazirlik və həmin qurumlar arasında imzalanmış əməkdaşlıq Memorandumunun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub. Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətindən bəhs edib. O, dövlət orqanları, işəgötürənlər ilə sığorta şirkətləri arasında bu sahədə əməkdaşlığın önəmini vurğulayıb. M.Abbasbəyli nazirliyin fəaliyyət sahələrində aparılan islahatları, xüsusilə bu sahələrdə elektron sistemlərin tətbiqinin geniş miqyas aldığını diqqətə çatdırıb. Əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən edilərək qanunverciliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.