Meksika ilə Azərbaycan arasında turist axını artıb


Digərləri 21 Avq 2019 10:56:00 200 0

Meksika ilə Azərbaycan arasında turist axını artıb

Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.

Bakı. Ceyhun Ələkbərov - Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb. Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistlərin sayı 19.06% çoxalıb. Ümumilikdə isə 2014-2018-ci illər ərzində ikitərəfli turist axını 20% artıb. Bildirilir ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər. 2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan - cənubdakı gözəl çimərliklərə qədər, Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.