Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb (FOTO)


Digərləri 21 Avq 2019 10:43:27 189 0

Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb (FOTO)

Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

Bakı. Samir Əli - Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur. Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.