Rəşad Atakişiyevlə vida… YENİLƏNİB


Digərləri 21 Avq 2019 10:20:00 219 0

Rəşad Atakişiyevlə vida…  YENİLƏNİB

10:20

Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.

R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.

Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.