İran neft hasilatını artırır


Digərləri 21 Avq 2019 10:32:42 206 0

İran neft hasilatını artırır

İranın neft hasilatı təxminən 280 min barel artacaq

Bakı. Elnur Bağışov - Yeni neft layihələrinin icrası ilə İranın neft istehsalına gündəlik təxminən 280 min barel əlavə olunacaq. Bunu İranın Milli Neft Şirkətinin istehsala dəstək və məhsul təminatı idarəsinin direktoru Ramin Qələmbər Dezfuli deyib. Bu barədə Trend Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının informasiya portalına (tccim) istinadən məlumat verir. R.Qələmbər Dezfulinin sözlərinə görə, İranın neft yataqlarının hasilatını artırmaq və hasilatı qoruyub saxlamaq üzrə 33 iş paketi nəzərdə tutulub. Qələmbər Dezfuli əlavə edib ki, indiyədək 10 layihə ilə əlaqədar özəl sektorla müqavilə imzalanıb və 10 müqavilənin də imzalanması gündəmdədir: “Hökumətin İqtisad Şurasının qərarına əsasən, bu layihələrin dəyəri 6,2 milyard dollar təyin olunub və bütün layihələr yerli podratçılara veriləcək”.