Millimizlə oyun üçün Uels yığmasının heyəti açıqlandı


İdman 21 Avq 2019 10:21:00 303 0

Millimizlə  oyun üçün Uels yığmasının heyəti açıqlandı

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti müəyyənləşib.

Goal.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz sentyabrın 6-da Azərbaycanla rəsmi, 10-da isə Belarusla yoxlama görüşündə xidmətindən yararlanacağı futbolçuların adlarını açıqlayıb.

Qapıçılar: Ueyn Hennessi (Crystal Palace, İngiltərə), Denni Uord (Leicester, İngiltərə), Adam Deyvis (Stoke City, İngiltərə)

Müdafiəçilər: Ethan Ampadu (Leipzig, Almaniya), Ben Deyvis (Tottenham, İngiltərə), Kris Qunter (Reading, İngiltərə), Ceyms Lavrens (Anderlecht, Belçika), Tom Lokyer (Charlton, İngiltərə), Kris Mepham (Bournemouth, İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi Swansea), Neyl Teylor (Aston Villa, İngiltərə)

Yarımmüdafiəçilər: Co Allen (Stoke City, İngiltərə), Daniel Ceyms (Manchester United, İngiltərə), Co Morrell (Linkoln, İngiltərə), Aron Remsi (Juventus, İtaliya), Mettyu Smit (Quens Park Rangers, İngiltərə), Uill Vaulks (Cardiff), Harri Uilson (Bournemouth, İngiltərə), Conni Uilyams (Charlton, İngiltərə)

Hücumçular: Qaret Beyl (Real, İspaniya), Rayan Hedges (Aberdin, Şotlandiya), Tom Lavrens (Derby, İngiltərə), Kifer Mur (Wigan, İngiltərə), Ben Vudburn (Oxford United, İngiltərə), Sem Uoks (Stoke City, İngiltərə)

Qeyd edək ki, Uels - Azərbaycan qarşılaşması sentyabrın 6-da Cardiff stadionunda keçiriləcək.