Lalədən Elçinə cavab: "Ermənicə mahnı oxumamışam"


Şou-biznes 21 Avq 2019 09:10:00 234 0

Lalədən Elçinə cavab: "Ermənicə mahnı oxumamışam"

Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onu tənqid etməsinə münasibət bildirib

Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onu tənqid etməsinə münasibət bildirib.

Son.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda fikirlərini sosial şəbəkədə yazıb:

"Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!

İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bugünə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!".