Yəməndəki husilər Damar vilayətində ABŞın dronunu vurduqlarını söylədilər


Dünya 21 Avq 2019 08:52:00 189 0

Yəməndəki husilər Damar vilayətində ABŞın dronunu vurduqlarını söylədilər

Yəmənin şimalını nəzarətdə saxlayan "Ənsar Alla" hərəkatından (husilər) olan üsyançılar hava hücumundan müdafiə qüvvələrinin ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını Damar vilayətinin üzərindən raketlə vurduğunu söyləyib.

Trend-in məlumatına görə, bu barədə "Al-Masira" telekanalı xəbər verib.

Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçus aparatını vurduğu raket yerində modernləşdirilib və tezliklə mətbuat konfransında nümayiş etdiriləcək.

O, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının "Yəmənin hava məkanına daxil olmazdan əvvəl min dəfə düşünməli" olduğunu bildirib.