Sakit Okeanda güclü zəlzələ baş verib


Dünya 21 Avq 2019 08:59:00 231 0

Sakit Okeanda güclü zəlzələ baş verib

Solomon adaları dövlətinə məxsus Santa Krus arxipelaqında Utupua adasının qərb sahillərində okeanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın Milli seysmolojı xidməti bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:05-də başlayıb. Yeraltı təkanların episentri Utupua adasının sahil zolağından 50 kilometr şimal-qərbdə, ocağı isə isə 77 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.