Türkiyədə yol qəzasında 5 nəfər yaralanıb


Dünya 21 Avq 2019 08:33:00 212 0

Türkiyədə yol qəzasında 5 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusunun iştirak etdiyi yol qəzasında 5 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, Antaliya vilayətinin Akseki rayonunda sərnişin avtobusu avtomobil ilə toqquşub.

Hadisə yerinə təcili yardım briqadaları gəlib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.