Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri FOTO


Digərləri 21 Avq 2019 07:56:00 194 0

Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri  FOTO

Günəşli yay havası, dəniz və çimərlik...Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.

Son.az AZƏRTAC-a istinadən planetimizdəki ən təhlükəli sahilyanı bölgələri təqdim edir. Bu yerlərdə siz ölüm təhlükəsi ilə üzləşə bilərsiniz.

Qadağan olunmuş Sentinel adası

Hind okeanının Benqal körfəzində - Andaman arxipelaqının arasında kiçik Şimali Sentinel adası var. Bu adaya getmək olduqca çətindir. Heç bir balıqçı sizi asanlıqla oraya aparmağa razı olmaz. Amma kimsə balıqçını yola gətirərək adaya gedərsə, elə qumun üzərində onlarla metr məsafədə ölümdən qaçmağa çalışacaq. Çünki qısa müddətdən sonra bədənində ox yaraları hiss edəcək. Yaralı səyahətçi ona ox atan hirsli "sərhədçiləri" görməyəcək. Hücumlar cəngəlliklərdən və heç bir xəbərdarlıq olmadan gələcək.

Burada dünyanın ən qeyri-qonaqpərvər xalqlarından biri - sentinellilər yaşayır. Heç kim onların sayını dəqiq bilmir və nədən bu qədər aqressiv olduqlarını da anlamır. Ehtimal edilir ki, aborigenlər bu vaxtadək oddan istifadə etmir, onların kinli olması isə keçmişdə yaşadıqları acı təcrübə ilə bağlıdır. Bu regionda Britaniya müstəmləkəçiləri çoxlu qəddarlığa yol veriblər və yerli əhalinin əcnəbilərə, xüsusən ağdərililərə qarşı nifrətinə səbəb olublar. Hindistan öz yurisdiksiyası altında olan Şimali Sentinel əhalisini assimilyasiya etmək istəmir və onların hüquqlarını qoruyur.

Skeletlər adasında ideal çimərlik

Afrikanın cənubunda yerləşən Skeletlər adasında ucsuz-bucaqsız qumluqlar o qədər "ölüdür" ki, hər hansı zülal orqanizmi çox asanlıqla bir çox yırtıcıların yeminə çevrilir. Burada tez-tez şirlərə, çaqqallara və qəbireşənlərə rast gəlmək olar. Sularda isə köpək balıqları qaynaşır. Adama elə gəlir ki, bu yırtıcılar üçün adada yem tapmaq çətindir. Amma onları balıqlarla qıdalanan suitiləri cəlb edir. Bu ərazidə onların sayı həddindən çoxdur.

Lakin insanlar okeandan uzaqdakı dəniz məməlilərinin əhatəsində olsa belə, onları yenə də ölüm gözləyir. Ətrafda, hətta 10 kilometrlərlə məsafədə içməli su tapa bilməyəcəksiniz, yağışlar isə bir neçə ildən bir yağır. Şübhəsiz ki, burada ucsuz-bucaqsız və mənzərəli qumluqlar, təlatümlü okean və qəzaya düşmüş gəmilərin qalıqları ecazkar panorama yaradır. Amma adaya yollanmaq sizin həyatınız bahasına başa gələ bilər. Qitə tərəfindən gəldiniz zaman yolunuz o qədər də dost olmayan ölkələrdən keçəcək. Bu ölkələrdə silahlı münaqişələr davam edir. Dəniz tərəfdən isə adaya yollanmağa cəhd etməsəniz yaxşıdır. Gəmilərin parçalanmış korpusları ətrafa dağılıb, onların bir çoxu qatı duman və soyuq su axını nəticəsində istiqamətini itirərək sualtı qayalara çırpılıb. Yeri gəlmişkən, kiçik qayıqda adaya yollanmaq mümkün deyil, çünki dalğaların gücü sizi sahilə atacaq.

Ən yavaş ölüm

Sakit okeanın qərb hissəsində çoxlu sayda mərcan adaları - atollar yerləşir. Onların çox qəribə forması var, səthi yumşaq qumlarla örtülmüş bu çimərliklər zahirən göz oxşayır. Eyni zamanda, dəniz heyvanlarının minillik "əməyini" də unutmaq olmaz. Onlar bu gözəlliyin yaranması üçün əsrlərboyu səy göstəriblər. Bu adalardan biri çox cazibəli ada malikdir. Amma Bikini adlanan adada üzərinizdə paltar olmadan qumların üzərində gəzmək məsləhət görülmür. 60 il bundan əvvəl Bikini adasında 67 nüvə sınaqlarından sonuncusu həyata keçirilib. Lakin hətta uzun müddət keçməsinə baxmayaraq, adada gəzmək təhlükəlidir. Burada uzun müddət yaşayan insanlar normadan 6 dəfə çox olan radiasiya fonu ilə üzləşə bilərlər. Şübhəsiz ki, bu qədər radiasiya dozası insanı birdən-birə öldürmür. Lakin adada uzun müddət qalan turistlər yaxın illərdə xərçəng xəstəliyinə tutula bilərlər. Ən təhlükəlisi isə, küləyin sovurduğu tozu udmaqdır. Çünki bu tozla birlikdə ağciyərə daxil olan radioaktiv hissəciklər daxili orqanların fəaliyyətinə daha mənfi təsir göstərir.

(adsgarden = window.adsgarden || []).push({});