Çində güclü yağış səbəbindən dörd nəfər ölüb


Dünya 21 Avq 2019 07:32:09 240 0

Çində güclü yağış səbəbindən dörd nəfər ölüb

Çinin Siçuan vilayətində güclü yağışlar nəticəsində dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Vilayətin fövqəladə hallar departamentinə istinadən verdiyi məlumata əsasən, ümumilikdə 12,7 min insan Ngava-Tibet-Tsyan Muxtar Bölgəsindəki fəlakət zonasında idi. Hazırda Vençuan qəzasında güclü yağışın səbəb olduğu çoxsaylı torpaq sürüşmələrindən sonra dörd nəfərin öldüyü və 11 nəfərin itkin düşdüyü güman edilir.

Bildirilir ki, 30 mindən çox sakin və turist təxliyə edilib. Digər 13 min turistin təxliyəsi davam edir.