Goranboyda "Mercedes" yanıb


Digərləri 21 Avq 2019 07:40:00 220 0

Goranboyda "Mercedes" yanıb

Goranboyda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Goranboy rayonunun Ağamalıoğlu kəndində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.