Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?


Digərləri 21 Avq 2019 07:00:00 212 0

Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?

Mars planetində şəhərin inşa edilməsi bəşər tarixinin ən bahalı layihəsi olacaq.

Son.az technote-yə istinadən xəbər verir ki, həmin şəhərin inşa edilməsinə sərf olunacaq vəsait isə Yer kürəsinin qlobal iqtisadiyyatının həcminin 1/8 hissəsini təşkil edəcək.

Bunu "SpaceX" şirkətinin qurucusu İlon Musk bildirib. Mütəxəssislər Mars planetində şəhərin inşa edilməsi üçün xərclənəcək vəsaiti ora daşınacaq materialların daşınma qiymətləri əsasında hesablayıblar.

Mask öz şirkətinin raketləri vasitəsilə insanları Marsa göndərməyi və orda daimi yaşayış mühitinin yaradılması fikrindən heç də vaz keçmək niyyətində deyil.

Əgər hər şey onun istədiyi kimi getsə, Marsda ilk insan koloniyası artıq 2050-ci ildə yaradıla bilər. "Inverse" saytının jurnalistləri bu mövzuda müxtəlif sahənin mütəxəssisləri ilə danışıblar və həmin mütəxəssislər Mars planetində yaşayacaq ilk kolonistlərin hansı problemlər ilə qarşılaşacaqlarını qeyd ediblər. Onlar mutasiya edərək özlərində yeni fiziki keyfiyyətləri inkişaf etdirə, özlərinə qapanaraq yeni şüuru inkişaf etdirə, Yer kürəsində indiyənə kimi görülməmiş yeni koloniya iqtisadiyyatı və idarəolunması sistemini işə sala bilərlər. Bundan sonra olacaqları isə sadəcə olaraq fantaziya etmək olar. Mask artıq bildirib ki, "SpaceX" şirkəti Mars planetinə biletləri ABŞ-dakı orta statistik ev qiymətinə satacaq. Bu isə 200 min dollar deməkdir.

(adsgarden = window.adsgarden || []).push({});