Corc Martin "Taxttac oyunları"nın onun romanlarının sonuna necə təsir etdiyindən danışıb


Digərləri 21 Avq 2019 05:30:00 235 0

Corc Martin "Taxttac oyunları"nın onun romanlarının sonuna necə təsir etdiyindən danışıb

"Buz və Alovun nəğməsi" silsilə romanlarının müəllifi Corc Martin bildirib ki, "Taxt-tac oyunları" televiziya şousunun birmənalı bitməməsi onun romanlarının sonuna təsir göstərməyəcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə o, "The Guardian" qəzetinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, serial onun üçün "yaxşı" bitməyib, çünki romanın sonunun yazılmasını sürətləndirməli olan məqamlar əslində həmin prosesi yavaşıdıb. Yazıçı vurğulayıb ki, serialın bu şəkildə bitməsi onun planlarına təsir göstərməyəcək.

Corc Martin deyib: "Siz hamıya yaraya bilməzsiniz. Ona görə də öz işinizdə olun".

Yazıçı onu da bildirib ki, kitab mağazasına girib rəflərin arasında dolaşdığı və heç kəsin onu tanımadığı günlər üçün darıxır.

(adsgarden = window.adsgarden || []).push({});