Rusiyanın ən sakit və səsküylü şəhərlərinin adları açıqlanıb


Digərləri 21 Avq 2019 04:30:00 252 0

Rusiyanın ən sakit və səsküylü şəhərlərinin adları açıqlanıb

Rusiyanın ən səs-küylü şəhərləri Kemerovo və Moskva vilayətlərində, ən sakitləri isə Kalininqrad və Krasnodar vilayətlərində yerləşir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sakit şəhərlərin sırasına, həmçinin Kalininqrad vilayətinin Quryevsk, Krasnodar vilayətinin Eysk və Stavropol diyarının Mixaylovsk şəhərləri daxil olub.

Ən səs-küylü şəhərlər arasında isə Kemerovsk vilayətinin Kiselevsk şəhəri liderdir. Onun ardınca həmin vilayətin Leninsk-Kuzneçkiy və Moskva yaxınlığındakı Elektrostal şəhərləri gəlir.

Moskva və Sankt-Peterburq şəhərləri isə bu sahədə 200 şəhər arasında müvafiq olaraq 129 və 106-cı yerləri tuturlar. Moskvalılar səs-küylə yanaşı, havanın keyfiyyətindən və yollarda avtomobillərin intensivliyindən narazılıq edirlər.

(adsgarden = window.adsgarden || []).push({});